"Tək dost olduğumuz deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”.

Bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

M. Şentop deyib ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub: “Azərbaycan tarix və beynəlxalq hüquq baxımından haqlıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb”.

TBMM sədri qeyd edib ki, Ermənistanın Gəncəyə hücumu müharibə  cinayətdir: “Bu gün olmasa, sabah, digər gün müharibə cinayətləri törədənlərin mühakimə olunduğu dünyada yaşayırıq. Bosniya və Herseqovinada müharibə cinayətlərini törədənlər mühakimə olunacaqlarını gözləmirdilər. Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir. Bütün bunlara görə Türkiyə Azərbaycanın yanındayıq”.

TBMM sədri: “Həmsədr dövlətlərin Ermənistana silah yardımı etdiyi məlumdur”

“Dünya dəyişir, müharibə cinayətlərini törədənlər cəzalandırılır”.

Bunu bu gün Bakıda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

M. Şentop deyib ki, Xocalı soyqırımı olanda dünyada bir sistemsizlik vardı: “Artıq Xocalı soyqırımının olduğu dünyada yaşamırıq, başqa dünyada yaşayırıq”.

TBMM sədri qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Ermənistana silah yardımı etdiyi məlumdur: “Bu silahları Ermənistan almır, bu silahlar onlara bağışlanır. Siz Ermənistana silah verirsinizsə, bu münaqişəni necə həll edə bilərsiniz? Yəni 30 il ərzində münaqişəni həll etmək nəticə vermədi deyil, belə niyyətləri olmayıb. ABŞ Dövlət katibi deyir, ümid edir ki, Ermənistan torpaqlarını müdafiə edər. O, yəqin ki, tarixi və coğrafiyanı bilmir”.

.