ABŞ-ın əfsanəvi boksçusu, superağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson uçuşdan əvvəl təyyarədə sərnişini döyüb.
"Report"un məlumatına görə, 55 yaşlı idmançı San-Fransiskodan Floridaya uçduğu vaxt arxa oturacaqdakı kişi içkinin təsiri altında onunla söhbətə cəhd edib. Tayson isə həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra sifətinə zərbələr endirməyə başlayıb.
Zərərçəkən sərnişinə tibbi yardım göstərilib. O, polisə müraciət edib. Tayson isə təyyarədən çıxıb.
.