Kazana hücum edən səkkiz pilotsuz uçuş aparatından üçü müdafiə sənayesi obyektlərinə, qalanları isə yaşayış binalarına yönəlib. Bunu Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov bildirib.
Onun sözlərinə görə, bəzi PUA-lardakı partlayıcılar işə düşməyib.
Respublika rəhbəri PUA-ların törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində işlərin aparıldığını vurğulayıb.
Qeyd edək ki, bu gün Kazan şəhəri Ukrayna PUA-larının hücumuna məruz qalıb. PUA-lardan ikisi Tatarıstan paytaxtındakı hündürmərtəbəli yaşayış binasına çırpılıb və nəticədə yanğın baş verib.
.