
Tacikistanlı MMA döyüşçüsü Məhəmməd Nayimov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirinə yaxşı hazırlaşıb.
İdmançı bu barədə mətbuat konfransında məlumat verib.
O, avstriyalı rəqibi Boqdan Qradla görüşə hazır olduğunu bildirib:
"Düşünürəm ki, qalib gəlmək üçün ən yaxşılarla məşq etməlisən. Mən də yarışdan əvvəl belə etdim".
M.Nayimov ilk dəfə Bakıya gəldiyini söyləyib:
"Burada hər şey yüksək səviyyədədir. Düzü, belə olacağını gözləmirdim".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.
.