Suriyada baş verən son hadisələr regional və bəlkə də qlobal müharibənin qarşısını aldı, çünki bu ölkə artıq Bəşər Əsəd dövründə olduğu kimi qeyri-sabitlik yuvası olmayacaq.

Bu sözləri Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd Şara Dəməşqdə Livanın Mütərəqqi Sosialist Partiyasının lideri Valid Cumblat ilə görüşündə deyib.

Suriyanın “Əl-Vətən” nəşri əş-Şaradan sitat gətirib: “Əsədlə uğurlu qarşıdurmamız regionu böyük münaqişədən və ola bilsin ki, yeni dünya müharibəsindən xilas etdi. Keçmiş Suriya qeyri-sabitlik yuvası idi və orada hökmran rejim İranyönlü silahlı qruplarla birlikdə Suriya cəmiyyətinin əleyhinə çalışırdı”.

Suriyanın yeni hakimiyyətinin lideri həmçinin “devrilmiş rejimi” 1977-ci ildə Cumblatın atası Kamalın, 1982-ci ildə Livan prezidenti Bəşir Gemayelin və 2005-ci ildə Livanın baş naziri Rafik Həririnin qətlini təşkil etməkdə ittiham edib.

.