Sumqayıtda mayın 24-də maşın vuran uşaq bu gün xəstəxanada ölüb.

Hadisə üç gün öncə şəhərin Sülh prospektində qeydə alınıb.

"Nissan" markalı avtomobil dörd yaşlı Sərxan Kamil oğlu Bayramlını vurub.

Sərxan Bayramlı Sumqayıt şəhər Uşaq Xəstəanasına çatdırılsa da, o, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

.