Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.
Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 30-da saat 12:00-dan etibarən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məktəbin yanı – "dörd yol" ərazisində 500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
.
