Sumqayıt şəhər sakininin səkkiz min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, sözügedən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət daxil olub:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən S.Hacıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır."

.