Rusiyanın müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin “Qərb” qrupunun yoxlanışı zamanı Rusiya ilə həmsərhəd ərazilərdə pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsinin effektivliyinin artırılması barədə göstəriş verib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir komanda məntəqəsində qrup komandiri general-leytenant Andrey Sıçevin hazırkı vəziyyət və məsuliyyət zonasında yerinə yetirilən döyüş tapşırıqları barədə məruzəsini dinləyib.

Dinləmədən sonra ordu generalı Sergey Şoyqu Rusiya ilə sərhəd rayonlar üzərində düşmənin pilotsuz uçuş aparatlarının məhv edilməsinin səmərəliliyinin daha da artırılması barədə göstərişlər verib.

.