
Bakıda uşaq bağçalarına qəbul üçün 20 minə yaxın valideyn növbə gözləyir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir təəsüflə bildirib ki, burada tələb təklifi üstələyir:
“Bu şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur".
O, həmçinin əlavə ediv ki, son altı ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.
E.Əmrullayev eyni zamanda vurğulayıb ki, gələn il qrant müsabiqə ilə özəl bağçalarda təhsil alanların sayını 5 min nəfərə çatdırmaq planlaşdırılır:
"İlkin olaraq qrat müsabiqə ilə özəl bağçalarda təhsil alan uşaqların sayı 1500 nəfər idi. Buna əvvəl pilot layihə kimi başlanılmışdı. Növbəti ildə məqsədimiz bu sayı 5000 nəfərə çatdırmaqdır".
.