Qədim Yunan filosofu Sokrat dövrünün ən görkəmli mütəfəkkirlərindən biri olmuşdur. Onun təbliğatı o qədər effektiv olmuşdur ki, gənclərə olan təsir gücü və bu kimi digər fəaliyyətlərinə görə zəhər içirdilərək öldürülmüşdür. Platonun müəllimi olan bu görkəmli fikir sahibi bu günə qədər öz düşüncələri və haqqında yazılan maraqlı hekayələrdə gəlib çıxmışdır. Sizə həmin hikmət və böyük dərs qaynağı olan hekayələrdən birini təqdim edirik.
Bir gün Sokratın yanına onun tanışı gəlir və çox həyəcanla sözə başlayır, "Sokrat, sənin tələbələrindən biri haqqında bir az əvvəl nə eşitdiyimi bilirsən?”

"Bir dəqiqə gözlə,” – Sokrat deyir. "Sözünə davam etməmişdən əvvəl, səni kiçik bir sınaqdan keçirmək istəyirəm. Bu Üç Sınaq adlanır.” 

"Üç Sınaq?” 

"Bəli,” Sokrat sözünə davam edir. "Sən mənə tələbəm haqqında danışmamışdan əvvəl, mənə deyəcəyin sözü sınaqdan keçirək. Birinci sınaq Həqiqətdir. Sən mənə deyəcəyin sözlərin tamamilə həqiqət olduğundan əminsənmi?”

"Yox,” kişi cavab verir, "mən sadəcə bu haqda eşitmişəm.”

"Yaxşı,” Sokrat cavab verir. "Deməli sən bunun doğru ya yalan olduğunu bilmirsən. Gəl ikinci sınağa keçək – Yaxşılıq sınağı. Sənin tələbəm haqqında deyəcəyin şey yaxşı bir şeydirmi?”

"Yox, əksinə,”– kişi cavab verdi.

 "Deməli, deyəcəyin şey pis bir şeydir və sən bunun həqiqət olduğundan da əmin deyilsən, hə?”

Kişi duruxsundu və bir az utandı.

Sokrat davam edir, "sən hələ də sınağı keçə bilərsən, çünki üçüncü sualım qalıb. Bu sınaq Faydalılıq prinsipi adlanır. Sənin mənə deyəcəyin şeyin mənə hər hansı bir faydası ola bilərmi?”

"Yox, …. düşünmürəm ki, bir faydası ola…”

"Yaxşı,” Sokrat fikrini tamamladı, "əgər sənin mənə deyəcəyin şey həqiqət deyil, yaxşı şey deyil və mənə heç bir faydası yoxdursa, niyə ümumiyyətlə bunu mənə deməlisən ki?”

Kişi utandı və bir də heç nə demədi.

Sizə də kiminsə haqqında nəsə demək istəsələr bu üç sualı verin: Bu həqiqətdirmi? Bu yaxşı şeydirmi? Bunun mənə faydası varmı?
.