"ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlara ehtiyac olduğunu etiraf edib".
Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.
Amerika rəsmisi qeyd edib ki, Tramp Putinlə danışıqlarına görə tez-tez tənqid hədəfinə çevrilir.
"Putinin qərarları ilə razılaşmaya bilərsiniz, lakin sülhə nail olmaq istəyirsinizsə, güc nümayiş etdirməli, xalqla danışmalısınız", - deyə vitse-prezident deyib.
Vens bildirib ki, Tramp ilk prezidentlik dövründə Şimali Koreya lideri Kim Çen Inla görüşdüyü üçün də oxşar tənqidlərə məruz qalmışdı.
.
