Estoniya İT-koalisiyası çərçivəsində "Starlink" rabitə sistemlərinin alınması üçün Ukraynaya 3,5 milyon avro ayırıb.

Bu barədə "Report" Estoniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Estoniyanın müdafiə naziri Hanno Pevkurun sözlərinə görə, Ukrayna özü "Starlink" rabitəsinin təmin edilməsi üçün dəstəyə ehtiyac olduğu barədə məlumat verib.

"Ukraynanın yüksək sürətli internet bağlantısı tələb edən dronların sayını əhəmiyyətli dərəcədə artırmaq istəyini nəzərə alaraq "Starlink"in imkanları xüsusilə vacibdir", - o qeyd edib.

Nazir vurğulayıb ki, silahla yanaşı, informasiya və texnologiya dəstəyi də kritik əhəmiyyət daşıyır.

"Buna görə də şadam ki, biz Ukraynanın İT imkanlarının təkmilləşdirilməsinə kömək edə və bununla da hər gün yüzlərlə insanın həlak olduğu müharibədə onun qələbə şansını artıra bilərik", - H.Pevkur əlavə edib.

.