Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2016-cı ilin yanvar-mart ayları ərzində 5 milyon 323 min 223 ton xam neft ixrac edib.
"Marja” SOCAR-a istinadən xəbər verir ki, bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 7,3% azdır. Belə ki, 2015-ci ilin yanvar-mart ayları ərzində 5 milyon 740 min 474 ton xam neft ixrac edilmişdi.
2016-cı ilin yanvar-mart ayları ərzində Novorossiysk limanından 79 min 936 ton, Supsa limanından 599 min 600 ton, Ceyhan limanından 4 milyon 628 min 741 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilmişdir.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Mart ayında dünya bazarında, SOCAR tərəfindən Brent tipli xam neftin 1 bareli 38,49 dollara,Urals nefti 37,18 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 39,80 dollara satılmışdır.
