"İnsanları bir-birindən ayırmaq qabiliyyətinin mənbəyi DNT-dir. İnsan DNT-si təxminən 3 milyard əsasdan ibarətdir və bu əsasların 99 faizindən çoxu bütün insanlar üçün eynidir. İnsan DNT-si təxminən 3 milyard əsasdan ibarətdir və bu əsasların 99 faizindən çoxu bütün şəxslərdə eynidir".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoy bildirib. Onun sözlərinə görə, insan genomu olan 3 milyard DNT zənciri məlumat şəklinə salındıqda təxminən 3 GB yer tutur:

"Model, həll edilməmiş müxtəlif sualları, genetik məlumatın gələcək nəsillərə necə ötürüləcəyini, kopyalanmasını və ya müvəqqəti olaraq necə bloklanmasına kömək edir. İnsan Genomu Proyekti, həmçinin məlumatların təhlili üçün istifadə olunan avadalıqların inkişaf etdirilməsini təmin etdi.

Dövrümüzdə elm sahəsində irəliləyiş bu kriteriyalar olmadan mümkün deyil. Genetika sahəsində aparılan tədqiqatlar nəticəsində gələcəkdə insan DNT-si üzərində effektiv və dəqiq üsullar hazırlana bilər".

Yavər Hacısoy deyib ki, bu gün DNT-nin xəstəliklərin diaqnostikası və müalicəsi, genetik manipulyasiya texnologiyalarının tədqiqat və təkmilləşdirmə fəaliyyətlərində istifadə olunması, geni dəyişdirilmiş orqanizmlərin əldə edilməsi, biomüdafiə, məhkəmə və hüquqi proseslərin həllolunması üçün çox vacibdir:

"DNT texnologiyasının prenatal genetik diaqnostikada istifadəsi ilə xəstəliklərin ana bətnində müəyyən edilməsi mümkün olub. Genetik mühəndisliyi sahəsində aparılan tədqiqatların nəticəsi olaraq gələcəkdə insan DNT-si üzərində dəyişikliklər etmək üçün daha təsirli, dəqiq üsul və avadanlıqların inkişaf etdirilməsi nəzərdə tutulub. Bu gün müalicəsi olmayan bir çox xəstəliklərdən insanların şəfa tapması gələcəkdə reallaşa bilər. Buna misal olaraq, genetik mexanizmləri tam bilinməyən bəzi sonsuzluqların müalicəsi, əksər irsi xəstəliklərin nəsildən-nəsilə ötürülməsinin qarşısı alına bilər. Qocalmanın dayandırılması və ya ləngidilməsi kimi ciddi yeniliklərin mümkünlüyü gözlənilir".


 

.