İspaniyanın "Barselona" klubu futbolçusu Robert Levandovskinin müqaviləsinin müddətini uzatmaq istəmir.

Bu barədə yerli "Sport.es" nəşri məlumat yayıb.

Polşalı hücumçunun bundan sonra hansı qərarı verəcəyi hələlik bəlli deyil. Təcrübəli oyunçu Səudiyyə Ərəbistanından təkliflər alsa da, bu ölkədə oynamağı planlaşdırmır.

Qeyd edək ki, Levandovski 2022-ci ildə Kataloniya təmsilçisinin formasını geyinir. O, cari mövsüm meydana çıxdığı 9 matçda 4 qola imza atıb. Hücumçunun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

.