
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qəzza zolağındakı girovların meyitlərinin qaytarılması və müharibənin dayandırılması haqqında sazişin həyata keçirilməsinin gedişini müzakirə etmək üçün bazar ertəsi İsrailə səfər etməyi planlaşdırır.
Bu barədə "The Times of Israel" məlumat yayıb.
Vens həmçinin ABŞ Prezidenti Donald Trampın HƏMAS qruplaşmasının tərksilah edilməsinə dair sülh planının ikinci mərhələsinə keçidi müzakirə edəcək.
Hələlik Vaşinqtondan rəsmi təsdiq gəlməyib.
.