Ukraynanın Donetsk vilayətində yerləşən Slavyansk şəhərini nəzarətində saxlayan rusiyameyilli etirazçılara qarşı Ukrayna ordusu hərəkətə keçib. Etirazçılarla ordu qüvvələri arasında qarşıdurma qeydə alınıb. Məlumata görə, Ukrayna ordusu tərəfindən Slavyansk şəhərinin girəcəyində qurulan blok-postlara hücum təşkil olunub. Hazırda ərazidən silah səsləri eşidilir.
Son məlumata görə, Slavyansk sakinlərinin qurduğu barrikadalardan biri yanıdırılıb. Şahidlər bildiriblər ki, Ukrayna ordusuna məxsus zirehli hərbi texnika bir neçə istiqamətdən şəhərə doğru hərəkət edir. Atşıma zamanı artıq 5 nəfərin öldüyü və çoxlu sayda yaralıların olduğu bildirilir.



.