"İTAR-TASS" agentliyinin verdiyi məlumata görə, Ukraynanın Donetsk vilayətində yerləşən Slavyansk şəhərində girov götürülən amerikalı jurnalist Saymon Ostrovski sərbəst buraxılıb. "Vice News"un əməkdaşı olan İsrail və Amerika vətəndaşlığına malik jurnalist "Sağ sektor"la əməkdaşlıq etdiyi üçün saxlanılmışdı.
Buna qədər Dövlət Departamentinin sözçüsü Jen Psaki də Rusiya hökumətinə müraciət edərək juranlistin sərbəst buraxılmasını istəmişdi.
.
