Bu gün günorta saatlarında vəhhabi təriqətinə mənsub olan 40-dək şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiyaya cəhd edib. APA-nın məlumatına görə, onları Siyəzən RİH-nin başçısı Arif Qasımov qəbul edib. Onlar dini icmaya imam təyin olunmasını tələb ediblər. Görüşdən sonra məsələ həllini tapıb. Siyəzən RİH-nin başçısı Arif Qasımov APA-ya bildirib ki, dindarlara imamları olmadığı üçün cümə namazını evlərində qılmaları tövsiyə olunub. Bu informasiyadan onların bəzilərinin xəbərləri olmayıb: "Mən onlarla görüşdüm və məsələ öz həllini tapdı”. Dindarlara bildirilib ki, gələn həftədən etibarən onlar üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən imam təyin olunacaq. Bundan sonra etirazçılar ərazidən uzaqlaşıb. Siyəzən Rayon Polis Şöbəsindən bildirilib ki, aksiya zamanı heç bir qarşıdurma və qanun pozuntusu qeydə alınmayıb. Dindarlar icra başçısı ilə görüşdən sonra ərazidən uzaqlaşıblar.
.
