Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ukraynanı Macarıstandakı seçkilərə müdaxilənin ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdar edib.

Nazir bu barədə "X" hesabında yazıb.

Nazir bildirib ki, belə addımlar Kiyev üçün gözlədiyindən daha böyük itkilərlə nəticələnə bilər.

“Cənab nazir, ehtiyatlı olun. Siz çox şey itirəcəksiniz. Düşündüyünüzdən də çox”, – deyə Siyarto qeyd edib.

Siyarto bu açıqlama ilə ukraynalı həmkarı Andriy Sibihanın Macarıstanın Baş naziri Viktor Orbana ünvanladığı növbəti tənqidi fikirlərə cavab verib.

.