Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə ediləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.

.