Ukrayna Prezidenti Volodimir Zelenski ən həssas məsələləri müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının onlayn iclası zamanı bildirib.
"Zelenski Putinlə görüşməyə və ən həssas məsələləri müzakirə etməyə hazırdır. Xüsusən də ərazilər və Zaporojye AES-lə bağlı məsələləri. Lakin Kreml tərəfindən verilən ictimai reaksiyalar bir daha göstərdi ki, Putin təcavüzü dayandırmağa hazır deyil", – o vurğulayıb.
Nazir bildirib ki, hazırda Ukrayna və ABŞ növbəti üçtərəfli görüşə hazırlıq aparırlar və bu görüş yaxın zamanda keçiriləcək.
.
