Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fərat qalxanı əməliyyatının əhəmiyyəti ilə bağlı açıqlama verib.


Teleqraf.com-un məlumatına görə, Türkiyə dövlət başçısı ölkəsinin indiki durumunu Sevr müqavilsinin şərtləri ilə müqayisə edib: 


"Dünyaya və bölgəmizə yenidən nizam verilməyə cəhd olunduğu bu dönəmdə dayanıb dursaq özümüzə Sevr müaqviləsi şərtlərində yer seçmiş olarıq. Halbuki biz hələ Lozanna müqaviləsində itirdiklərimizin üzüntüsünü yaşayırıq".

 

Rəcəb Tayyib Ərdoğan açıq danışmaq lazım olduğunu deyib: "Açıq danışmaq lazımdır, Türkiyə İstiqlal savaşından sonra ən böyük mübarizəsini aparır".

 
Sevr müqaviləsi 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) Müttəfiq Dövlətlərlə Türkiyə arasında bağlanmış sülh müqaviləsidir.


Müqavilə de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de-fakto isə Türkiyənin suverenliyini ləğv etdi. 

 

Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu.

.