“Fələstin Milli Administrasiyası Yaxın Şərq münaqişəsinin həllinə rasional mövqe nümayiş etdirir, lakin İsrail böhranı həll etməyə can atmır”.

Bunu Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud, Ammanda keçirilən nazirlik görüşündə bildirib.

İsrail hökumətinin bəzi ərəb ölkələrinin XİN rəhbərlərindən ibarət nümayəndə heyətinin Ramalaya girişini qadağan etməsi barədə qərarını şərh edən Feysəl bin Fərhan Əl Səud bu qərarın "yalnız onun ekstremist yanaşmasını gücləndirdiyini və təsdiqlədiyini" bildirib.

"Bundan əlavə, bu qərar İsrailin münaqişənin diplomatik yolla həlli istiqamətində bütün səylərdən imtina etdiyini göstərir. Açıq-aşkar bəllidir ki, onlar yalnız zorakılıq istəyirlər", – deyə o vurğulayıb.

Səudiyyə Ərəbistanının XİN rəhbəri qeyd edib ki, Fələstin Milli Administrasiyası öz öhdəliklərini yalnız fələstin xalqı qarşısında deyil, həm də beynəlxalq ictimaiyyət qarşısında yerinə yetirib və bu gün də yerinə yetirir. Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsində Fələstin Milli Administrasiyası "rasional tərəf" kimi çıxış edir və qarşısında "heç bir həll istəməyən" tərəf durur.

.