
Artıq sertifikatlaşdırma prosesinin növbəti mərhələsi uğurla başa çatıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, gələn il bütün müəllimlərin sertifikatlaşdırma prosesindən keçməsi təmin ediləcək.
Sertifikasiyanın 2022-ci ildən başladığını xatırladan nazir ümumilikdə bu proses çərçivəsində 8 minə yaxın müəlliminin fəaliyyətinə xitam verildiyini diqqətə çatdırıb.
"İmtahanda 30 suala cavab verən müəllimin Azərbaycan məktəbində fəaliyyət göstərməsi düzgün deyil”, - Emin Əmrullayev əlavə edib.
.