Bakı. Anaxanım Hidayətova – APA. Ermənistan prezidenti Serj Sarkisyan Niderlandda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb.
«Aysor” agentliyinin verdiyi məlumata görə, tərəflər nizamlanma prosesinin hazırkı vəziyyəti və atılacaq addımları müzakirə ediblər.
S. Sarkisyan Niderlandın baş naziri Mart Rute ilə də görüşüb. Görüşdə Ermənistan-Avropa Birliyi münasibətləri, regional məsələlər və Dağlıq Qarabağ problemi müzakirə olunub.
Qeyd edək ki, Ermənistan prezidenti martın 24-25 Haaqada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir.
.
