Amerika senatoru Bencamin Kardin NİDA gənclər hərəkatınn həbs edilmiş fəallarını azad etməyə çağırıb.
"Azərbaycan qanunun aliliyinə hörmət etməli və NİDA-nın mühkimə edilmiş fəallarına bəraət verməlidir / Azərbaycanda vicdan məhbuslarına azadlıq”, deyə senator tvitter mikrobloqundakı səhifəsində yazıb.
Bu bəyanat Azərbaycanlı tvitter istifadəçiləri tərəfindən böyük dəstəyə səbəb olub.
Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsində 8 NİDA fəalının işi üzrə proses yekunlaşmaq üzrədir. Prokuror onların 6-8 il müddətinə həbs edilməsini istəyib. Yaxın günlərdə hökmün elan edilməsi gözlənilir. Fəalların bütün təqsiri dinc vaxtda orduda əsgər ölümlərinə qarşı etiraz aksiyasına çağırış etmələri olub.
.