Şəkidə iki gün əvvəl yıxılaraq xəsarət alan şəxs ölüb.

Hadisə dekabrın 17-də Şəki şəhəri ərazisində baş verib.

Şəki şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar İsmayılov yıxılaraq ağır xəsarət alıb.

Komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilmiş V.İsmayılov ötən gün orada dünyasını dəyişib.

.