"Ceyş əl-Fəth" hərbi koalisiyası Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin məsuliyyətini öz üzərinə götürüb.


Yenizaman.az Teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı məlumatı TASS agentliyi "Əl-Sumariya" telekanalına istinadən xəbər verib.

 

"Ceyş əl-Fəth" - Suriyada vətəndaş müharibəsi zamanı hökumət qüvvələrinə qarşı döyüşən müxaliflərdən ibarətdir. Bu koalisiyaya "Ən Nusra Cəbhəsi" də daxildir. 


Qeyd edək ki, debarkn 19-u axşam saatlarında Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Hadisəni törədən 22 yaşlı polis əməkdaşı Mövlud Mərd Altıntaş zərərsizləşdirilib. 

.