ABŞ prezidenti Donald Tramp İrana hücum etmək niyyətinin olmadığını rəsmi Tehrana bildirib.

Yenizaman “Dawn” nəşrinə istinadən xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Reza Amiri Moqəddəm danışıb.

O vurğulayıb ki, dünən Tramp ABŞ-ın İrana hücum etməyəcəyini bəyan edib və İrandan ABŞ-ın regiondakı maraqlarını hədəfə almamağı istəyib.

Qeyd edək ki, İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, bu ölkənin regiondakı hərbi bazalarını hədəfə alacağı ilə bağlı xəbərdarlıq edib.

.