Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunub.

Bu barədə Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri Kestutis Vaşkeleviçus yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən bildirib.

Səfir qeyd edib ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.

.