"Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının dekabrın 14-də Moskvada keçirilməsi nəzərdə tutulur".

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

Onun sözlərinə görə, dekabrın 13-də həmçinin komissiyanın ekspertlər səviyyəsində iclas keçiriləcək.

Xatırladaq ki, hökumətlərarası komissiyanın son iclası 2016-cı ilin dekabr ayında Bakıda keçirilib.
.