Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda yerləşən Zəfər Tağı abidəsini ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
.
