Polşanın Krakov şəhərində üzərində bıçaq olan 23 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Bu barədə RMF radiostansiyası məlumat yayıb.

Malopolska polisinin mətbuat katibi Katajina Tsislonun sözlərinə görə, saxlanılma zamanı polis əvvəlcə xəbərdarlıq atəşi açıb. Daha sonra polis əməkdaşlarından biri kişiyə atəş açsa da, güllə ona dəyməyib.

Saxlanılan şəxs xəstəxanaya aparılıb.

Hadisə yerli vaxtla saat 03:00 radələrində baş verib. İlkin məlumata görə, insident noyabrın 7-də Krakovun Baş meydanında baş verən silahlı hücumla əlaqəli deyil.

Xatırladaq ki, həmin hücum zamanı 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılardan 12-nin vəziyyəti ağırdır. Hücumda şübhəli bilinən 24 yaşlı şəxs saxlanılarkən yaralanıb. Daha sonra onun mənzilində üç nəfərin meyiti aşkarlanıb.

.