Ermənistanda əhali arasında dövlət səviyyəsində anti-Azərbaycan və anti-türk nifrətinin formalaşdırılması və ötən dövr ərzində daha da inkişaf etdirilməsi uzun illər ərzində Azərbaycana qarşı törədilmiş beynəlxalq cinayətlərin əsas səbəblərindən birini təşkil edib.
Bunu Ombudsman Səbinə Əliyeva Qərbi azərbaycanlıların hüquqları ilə bağlı göndərdiyi açıq məktubda qeyd edib.
O məktubda bildirilib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi çoxsaylı sülh və insanlıq əleyhinə, həmçinin müharibə cinayətləri, soyqırımı, etnik təmizləmə və deportasiya aktları ilə bağlı kifayət qədər əsaslı sübut və dəlillər mövcuddur:
"Bu faktlarla bağlı beynəlxalq qurumlara dəfələrlə müvafiq hesabatlar, bəyanatlar və müraciətlər göndərilsə də, Azərbaycana qarşı tətbiq olunan ikili standartlar nəticəsində həmin beynəlxalq cinayətlərə hələ də adekvat reaksiya verilmir. Xüsusilə təəssüf doğuran hallardan biri də odur ki, son dövrlərdə Ermənistan tərəfindən bu cinayətlərin inkar edilməsi, əksinə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi münasibət yaradılması üçün əsassız iddiaların irəli sürülməsi tendensiyası müşahidə olunur".
.