Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan işdən çıxarılıb.

12 ildir nazir müavini postunda Qarabağ problemi ilə məşğul olan Ş. Koçaryanın işdən çıxarılması barədə Baş nazir Nikol Paşinyan sərəncam imzalayıb.  

Məlumatda 72 yaşlı Ş. Koçaryanın bir neçə gün əvvəl istefa ərizəsi yazdığı bildirilir.

Qeyd edək ki, dünən xarici işlər naziri Zöhrab Mnatsayan da vəzifəsindən azad edilib.

.