Həm biznesə daxilolma sahəsində, həm də vergitutma sayəsində bir sıra islahatların keçirilməsinə zərurət var.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Biznesə daxilolma” və “Vergitutma” indikatorları ilə bağlı 2024-cü il üzrə Yol xəritələrinin təqdimatı zamanı deyib.

O bildirib ki, Azərbaycanda COP 29 kimi möhtəbər tədbir keçiriləcək.

"Bütün dünyada ekologi dayanıqlılığı təmin edən və təşviq edən vergi islahatlarının keçirilməsinə zərurət var. Dövlət Vergi Xidməti olaraq ekoloji dayanıqlı iqtisadiyyatı təmin edən islahatların həyata keçirilməsi sayəsində ictimaiyyətlə geniş müzakirə aparıb, müvafiq təkliflər hazırlayacayıq"-deyə Samirə Musayeva əlavə edib

.