İyunun 27-i saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Salyan rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

***

Salyanda qətl hadisəsi baş verib.

Qətl hadisəsi Salyan rayonun Yenikənd kəndində baş verib.

Ailə münaqişə zəminində Yenikənd kənd sakini, 1972-ci il təvəllüdlü İsbəndərov Ənvər Həbibulla oğlu həyat yoldaşı, 1982-ci il təvəllüdlü Əliyeva Nuranə Eminəli qızını bıçaqlayaraq qətlə yetirib.

Ənvər İsbəndərov saxlanılıb. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

.