Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nicat Quliyev və G.Teymurova saxlanılıblar. Onlardan 2 kiloqrama yaxın marixuana və heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

.