Quba-Bakı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Şabran rayonu Gəndob qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “LADA Priora” markalı minik avtomobili idarəetməni itirərək “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

“LADA Priora” markalı avtomobildə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Xəyal Şayvələd oğlu Əhmədxanlı və Quba rayonu İqriq kənd sakini, 1993-cü il təvəllüdlü Əli Ağadadaş oğlu Əzizov hadisə yerində ölüb.

Quba rayonu İqriq kənd sakinləri - 1994-cü il təvəllüdlü Kənan Mətləb oğlu Abdullayev, 1990-cı il təvəllüdlü Hüseyn Füzuli oğlu Babayev və 1989-cu il təvəllüdlü Əmri Şahvələd oğlu Əhmədov ağır bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

“Mercedes” markalı avtomobilin sürücüsünün Quba rayonunda yerləşən xəstəxanalardan birinə aparıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

.