Sabahdan elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkəti bərpa olunacaq.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur:
"Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır".
