Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini həbs olunmqdan Jose Manuel Barroso qurtarıb. Bunu "Rustavi 2" telakanalına müsahibəsində Saakaşvili özü etiraf edib. O, bildirib ki, prezidentlik müddəti başa çatdıqdan sonra Gürcüstanda qalsaydı, onda həsbxanaya düşmək təhlükəsi var idi.
Mixail Saakaşvili mövzu ilə bağlı daha sonra bunları deyib: "Noyabr ayında Brüsselə yola düşdüm. Əvvəlcə Herman van Rompey, ardınca isə Jose Manuel Barroso ilə görüşdüm. Barroso mənə dedi ki, əgər ölkəndə qalsan və səni həbs etsələr, onda Gürcüstanın Putin tərəfindən idarə olunması dəqiqləşəcək. Bu isə ölkənin Avropa ilə əlaqələrinin dayandırılması deməkdir. Mövcud vəziyyəti nəzərə alaraq Gürcüstanı tərk etmək məcburiyyətində qaldım."
.