“Avropa İttifaqı son dövrlər müdafiə sahəsinə xərclərin artırılması isiqamətində əhəmiyyətli addım ataraq, bu sektora ayrılan vəsaitin 800 milyard avroya çatdırmağa nail olub. Biz başa düşürük ki, son illər alyansın nüfuzu və gücü ciddi sınaqlara məruz qalıb”.

Bunu NATO-nun baş katibi Mark Rütte bugünkü mətbuat konfransında bildirib.

O deyib k, məhz bu səbəbdən son 10 ildəki gücümüzdən daha çox silah və hərbi texnika istehsal etməliyik:

“NATO böhran vəziyyətində hərbi ehtiyacların ödənilməsi və innovasiyalardan istifadə məqsədilə əlindən gələni edir. Digər bir məsələ isə hərbi təyinatlı məhsulların təchizat zəncirinin dayanıqlığının təmin edilməsidir. Beynəlxalq Təşkilatlarla əməkdaşlığa gəlincə, alyans bunun üçün əlindən gələni edir”.

.