NATO həmişə Ukraynanın yanında olub. Bu, 24 fevral 2022-ci ildə Rusiyanın tammiqyaslı müdaxiləsindən əvvəl olduğu kimi, bu gün də belədir.

Bu sözləri Ukraynada rəsmi səfərdə olan NATO Baş katibi Mark Rutte Ali Radada çıxışı zamanı deyib.

"Putin düşünürdü ki, Ukraynaya qalib gələcək, çünki o, zəifdir. Lakin o, səhv etdi, Ukrayna güclü çıxdı. NATO-nun dəstəyi vaxtında gəldi və bu gün də Ukrayna bizim diqqət mərkəzimizdə qalır. Ukraynanın enerji infrastrukturlarına hücumlar artıb, amma biz hər gün Ukraynaya dəstək olmağa hazırıq”, – NATO Baş katibi bildirib.

Ruttenin sözlərinə görə, bir il ərzində Alyans ölkələri Ukraynaya cəbhədəki bütün raketlərin 75%-ni və Hava Hücumundan Müdafiə raketlərinin 90%-ni təmin edib. Bundan əlavə, NATO Ukrayna ilə birgə yeni silahları inkişaf etdirir və onları operativ şəkildə cəbhəyə göndərir.

Baş katib Budapeşt Memorandumunun təkrarlanmasına icazə verilməyəcəyini və NATO-nun həmişə Ukraynanın yanında olacağını vurğulayıb.

.