Rusiyanın Türkiyədəki yeni səfiri Privoljsk federal dairəsində prezidentin səlahiyyətli nümayəndəsi Mixail Babiç olacaq.
Yenizaman.az xəbər verir ki, bununla bağlı Rusiyanın "Dojd" nəşri Kremlin yüksək rütbəli məmuruna istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, təyinat 2017-ci ilin əvvəlində baş tutacaq.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada sui-qəsd nəticəsində öldürülüb.
