
Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyinin binasına pilotsuz uçuş aparatı vasitəsilə rəngli bağlama buraxılıb.
Bu barədə həmin təmsilçiliyin “Teleqram” kanalında bildirilib.
Qeyd olunub ki, hadisə gecə saatlarında baş verib:
“Bu olay son günlər İsveçdə yerləşən nümayəndəliklərimizə törədilən silsilə hücumların davamıdır. Sözügedən hadisələr diplomatik missiyalarımızın əməkdaşlarının həyatına təhlükə yaradır və onların əmlaklarına ziyan vurur”.
.