Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.

Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan o cümlədən Moskvanın səyləri sayəsində ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.

Gerasimov qeyd edib ki, Qərbin dağıdıcı hərəkətlərinə qarşılıq olaraq Rusiya Cənubi Qafqaz regionunda konstruktiv tədbirlər həyata keçirir: "Böyük ölçüdə dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişləri göz qabağındadır".

Rusiya SQ-nin Baş Qərargah rəisinin sözlərinə görə, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında dövlətlərarası ayırıcı xəttinin ən çətin hissələrindən birinin demarkasiyası artıq başa çatıb.

.