Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinin araşdırılmasl ilə əlaqədar Rusiya nümayəndə heyəti bu gün Ankaraya gəlir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində məhkəmə tibbi eksperti də var. Onlar cəsədin ekspertizasında iştirak edəcəklər.
Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Karlovun suriyalı müxaliflərlə daim təmasda olduğunu bildirib: "O, suriyalı müxaliflərlə dialoq qurmağa və razılığa gəlməyə çalışırdı. Karlov terrorçuların necə bu vəziyyətə gəldiyini, necə yayıldığını və siyasi prosesi başlamağın nə qədər çətin olduğunu bilirdi. Ancaq buna baxmayaraq, o özünü sülhə həsr etmişdi".
Qeyd edək ki, dünən axşam saatlarında Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Hadisəni 1994-cü il təvəllüdlü polis əməkdaşı Mövlud Mərd Altıntaş törədib.
.
