Rusiyada yeni səfərbərlik elanı müzakirə olunmur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Belə müzakirələr aparılmır" - deyə o, müvafiq sualı cavablandırıb.

Kreml rəsmisi qeyd edib ki, xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq istəyənlərin sayı artır.

Peskov bildirib ki, Rusiya Federasiyası bu prosesi intensivləşdirməyə kömək edəcək iqtisadi tədbirlər görür.

.